Ulduz futbolçu Zlatan İbrahimoviç özünə ad günü hədiyyəsi olaraq aldığı heyrətamiz hibridli "Ferrari"si ilə Milan küçələrində gəzintiyə çıxıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Ferrari SF90 Stradale" model avtomobilin qiyməti - 400 min funt-sterlinqdir (920 000 azn).
Hibrid lüks avtomobil 986 at gücünə malik V8 turbomühərriki ilə təhciz olunub və elektrik mühərriki ilə birləşdirilib.
Elektrokar 211 mil/saat sürətə malikdir və 100 km/saatı cəmi 2,5 saniyəyə yığa bilir.
Qeyd edək ki, dünyada bu avtomobildən cəmi 499 ədəd istehsal olunub.
Emin Şəmsiyev