19:20 24.02.2022 1418

Zəngilanda turnir keçiriləcək

Zəngilanın Ağalı kəndində triatlon üzrə Qarabağ Xatirə Turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Elçin Əliyev qurumun açıq konfransında açıqlama verib.

Onun sözlərinə görə, turnir 27 sentyabr - Anım Gününə həsr olunacaq və 1-2 oktyabrda baş tutacaq. E.Əliyev bu məqsədlə kənddə 750 metr uzunluğu və 450 metr enində göl salınacağını açıqlayıb. O, Ağdamda isə duatlon yarışı təşkil etmək istədiklərini bildirib.

Federasiya prezidenti tədbirdə qurumun inkişaf strategiyasını da təqdim edib. Əliyev peşəkar, yüksək nəticə göstərən idmançılarla 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında geniş tərkibdə çıxış etməyə çalışacaqlarını bildirib. O, Paris-2024-də isə Rostislav Pevtsovla təmsil olunmağı hədəflədiklərini söyləyib. Daha sonra E.Əliyev qurum rəhbərliyini və idmançılar heyətini təqdim edib.

Ardınca milli komandanın üzvü Rostislav Pevtsovla və baş məşqçi Sergey Yatsenkp ilə canlı bağlantı yaradılıb. Hazırda Türkiyədə təlim-məşq toplanışında olduğunu deyən Pevtsov onlara yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. 

Vitse-prezident Əli Bünyatov gənc və yeniyetmə triatlonçuların adlarını açıqlayıb. 

O, komanda üzvlərinin apreldən etibarən yarışlara qatılacaqlarını deyib. Eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında triatlonçuların hazırlanmasını da əsas fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. 

ATF-nin digər vitse-prezidenti Rüfət Həsənov kütləvilik və infrastrukturun yaradılması istiqamətində də çalışacaqlarını açıqlayıb. O, Triatlon Təlim-Məşq Mərkəzinin yaratmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Son olaraq il ərzində müxtəlif yarışlarda fərqlənmiş triatlonçular mükafatlandırılıblar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 Dekabr 2023
03:08

“Fiorentina” 1/4 finalda

02:55

“Borussiya”nı 1/4 finala buraxmadılar

02:41

“Aston Villa” “Mançester Siti”ni də məğlub yola saldı

02:22

Avroliqa: “Vilyarreal” qrup lideri olmaq şansını əldən verdi

02:11

Təxirə salınmış oyunda darmadağın

01:39

Qətər yığması baş məşqçisiz qaldı

01:28

Premyer Liqa klubunda yeni müqavilə

01:18

“Sevilya”nın stadionu söküləcək

01:09

“Arsenal”ın futbolçusu sıradan çıxdı

00:57

Komandası kubokda Şeydayevsiz mərhələ adladı

00:22

Diniyevli “Ümraniyəspor” növbəti mərhələdə

06 Dekabr 2023
23:54

Renatın komandası növbəti mərhələdə

23:00

“Neftçi” mövsümdə ikinci məğlubiyyətinə üzüldü

22:29

“Abşeron” “Gəncə”yə qalib gəldi

22:00

“Bayern” yeni transferini açıqladı

21:29

Azərbaycan badmintonçuları AÇ-nin təsnifat mərhələsində mübarizə aparacaqlar

21:00

“Neftçi”nin oyunu təxirə salındı

20:30

“Vüqar Həşimov Memorialı”nın loqosu “Alov qüllələri”ndə

20:00

Millimizin yeni məşqçiləri bəlli oldu

19:29

Fərid Qayıbov beynəlxalq yarışlarda uğurlu çıxış etmiş idmançılarla görüşüb

19:00

Azərbaycan çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib

18:24

“Karvan” və “Zaqatala”dan inamlı qələbə

18:05

Liderdən inamlı qələbə

17:45

Azərbaycan millisi Gürcüstanda yenə uduzdu

17:26

Hakimlər Yunanıstan çempionatının oyunlarını boykot etdilər - QALMAQAL

17:08

Messi: "Barselona"ya qayıtmağa çalışdım, olmadı"

16:49

İspaniyada faciə: Raul Kalvo dünyasını dəyişdi

16:31

Qvardiola rəqibin baş məşqçisinə tərif yağdırdı: "Onunla qürur duyuram"

16:13

Çağlar Söyüncü "Atletiko"dan ayrılır - Son ünvanı hara olacaq?

15:55

"Sumqayıt"lı legionerin ayağını sındıran futbolçu 6 oyunluq cəzalandırıldı

15:41

ETOPAZ-ın baş sponsoru olduğu "Fire League"-də yarımfinalçılar bilindi

15:26

AFFA "Qarabağ", "Kəpəz" və "Turan Tovuz"u cərimələdi

15:16

"Araz-Naxçıvan" "Zirə"ylə oyuna itki ilə çıxacaq

14:57

"Kəpəz" nə nigeriyalını oynada biləcək, nə də portuqaliyalını

14:40

Almaniya nəhəngi kanadalı ilə razılaşa bilmədi - "Real"a keçəcək?

14:23

Aslan Kərimov Maltaya niyə gedib? - AÇIQLAMA

14:06

"Sumqayıt" "Qarabağ"a qarşı 4 itki ilə oynayacaq

13:49

"Bölgə komandalarını yuxarı pillələrdə görmək istəmirlər, ya da oyun alqı-satqısı olur" - İkinci Liqanın bombardiri

13:21

"Marsyal aşağı liqalarda oynamalıdır, MY-də yox"

13:04

"Həm Rodri buna görə məyusdur, həm də mən" - Kayl Uolker

Facebookdan bizi izləməyi unutmayın.
X