Üzgüçülük üzrə Azərbaycan milli komandasında Macarıstandan məşqçi dəvət olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev açıqlama verib. O bildirib ki, yeni mütəxəssis tezliklə məşqçilər heyətinə təqdim ediləcək.
Yığmanın beynəlxalq turnirlərdəki çıxışına da toxunan Fətiyev mümkün olan bütün yarışlara qatıldıqlarını söyləyib: "Təlim-məşq toplanışları davam edir. Bəzi ölkələrə giriş-çıxış yoxdur. Hansı yarışlara imkan olursa, ora gedirik. Bundan başqa, özümüz də daxili yarışlar keçiririk".