14:14 04.03.2022 1322

“GOAL+” turnirinin açılış mərasimi keçirildi - FOTOLAR

Fevralın 27-də ilk “Goal+” U-16 turnirinin rəsmi açılış mərasimi həyata keçirildi.

Fanat.Az qurumun yaydığı press-relizi təqdim edir:

"Goal+ mehriban və məhsuldar mühitin yaradılması yolu ilə futbol həvəskarlarına həsr olunan turnirlərə ev sahibliyi edən  nüfuzlu rəsmi təşkilatdır. Dəniz Mall-da yerləşən Kinderlandda təşkil olunan açılış mərasimində əsas diqqət 16 iştirakçı məktəbin bir-biri ilə tanış olması, ədalətli oyunun təmin edilməsi üçün qayda və qanunların müzakirəsi və komandaların qruplara ayrılması üçün püşkatma mərasiminin keçirilməsinə yönəldilmişdir. 

Diqqətə çatdırmaq istərdik ki, layihə Maleta Travel, Kinderland, MicroSyst, Wolt, Flash Kart, SNO (Kobi), Aquatic Palace və American Sweets şirkətlərinin maliyyə və yardım dəstəkləri ilə baş tutmuşdur. Tərəfdaşlarımızın nümayəndələri  açılış mərasimində iştirak edərək həm təşkilat komandası ilə, həm də iştirakçı şagirdlərlə tanış olmuş, bu maraqlı yolda onlara dəstəklərini bildirmişdirlər. Maleta Travel və SNO nümayəndələri çıxışlarına özlərini təqdim etməklə başlayıb, iştirakçılara uğurlar arzuladılar. Maleta Travel-in hörmətli üzvü Ələkbər Quliyevin də qeyd etdiyi kimi, oyunçular özlərinə tam inanmalı və bunun üçün əllərindən gələni etməlidirlər. O, həmçinin “Mançester Siti FK”-nın hazırkı baş məşqçisi və bu günə qədər ən yaxşı məşqçilərindən biri hesab edilən Pep Qvardiolanın sözlərindən sitat gətirərək, “komandalar özlərinə və imkanlarına inandıqca püşkatma nəticələrinin əhəmiyyəti yoxdur” dedi.

Sponsorların təmsilçiləri çıxış etdikdən sonra Azərbaycan futbol tarixinə iz qoymuş və hal-hazırda “Səbail FK”-nın üzvü olan Əfran İsmayılov püşkatma mərasiminin keçirilməsi üçün səhnəyə dəvət edildi. Tədbirdə çıxış edən tanınmış futbolçu belə mötəbər məclisə dəvət edildiyi üçün minnətdarlığını bildirib, bu cür layihələrin Azərbaycan gənclərinin və kütləvi futbolun inkişafına böyük töhfə verəcəyini vurğuladı.

Daha sonra isə püşkatma mərasimi həyata keçirələrək komandalar uyğun qruplara bölünüb, rəqibləri ilə qarşılaşmalarının detalları haqqında ətraflı informasiya aldılar və onları maraqlandıran sualları təşkilati komandaya ünvanladılar. 

“Goal+” U-16 turnirində iştirak edəcək bütün iştirakçılara uğurlar arzulayır. 

Turnirin baş tutma cədvəli aşağıdakı kimidir:

Açılış Mərasimi və açılış oyunu-5 mart;
1-ci tur qrup oyunları-5-6 mart;
2-ci tur qrup oyunları-12-13 mart;
3-cü tur qrup oyunları-19-20 mart;
¼ final-22 mart;
½ final-24 mart;
Final və Bürünc medal uğrunda oyun-26-27 mart;
Bağlanış və mükafatlandırma mərasimi-27 mart".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X