14:51 07.03.2022 589

Boksçularımızdan iddialı açıqlamalar

22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. 

Boks Federasiyasından Fanat.Az-a verilən məlumata görə, Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. 

Millimizin heyətində öz çəki dərəcələrinin liderləri martın 13-23-də təşkil olunacaq yarışda uğurlu çıxış edəcəklərinə inanır. Çempionata yollanacaq boksçularımızdan 4-ü hazırlığını dəyərləndirib və birincilikdən Vətənə yalnız medalla qayıtmaq arzusunda olduğunu deyiblər. 

Yeniyetmə və gənc boksçular arasında 3 dəfə Azərbaycanın ən güclüsü adına yiyələnən, həmçinin dünya və Avropa birinciliklərinin mükafatçısı Nicat Hüseynov (51 kq) bildirib ki, hazırda ən yaxşı formasındadır: “Fevralın 21-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Hər şey qaydasındadır. Gündə 2 dəfə məşq edirik. Səhər fiziki, günün ikinci yarısında taktiki hazırlıq keçir və sınaq döyüşlərində gücümüzü yoxlayırıq. Hazırda yaxşı formadayam, özümü də yaxşı hiss edirəm. İnşallah, bunu Xorvatiyada rinqdə də göstərəcəyəm. Düzdür, ayağımda bir az “ağırlıq” var. Amma gərgin məşqlər sayəsində yarışadək onu da aradan qaldıracağam. Rəqiblərimə gəlincə, bir türkiyəli boksçunu tanıyıram. Avropa birinciliyində onunla qarşılaşmışam. Amma çempion olmaq istəyirəmsə, mənim üçün rəqiblərin kimliyinin fərqi yoxdur. Poreçə qalib gəlmək üçün gedəcəyəm”.

Bütün yaş qruplarında ümumilikdə 6 dəfə Azərbaycan çempion çempionu titulunu qazanan Maqsud Xasmetov uğurunu beynəlxalq arenada davam etdirmək zamanının yetişdiyi qənaətindədir. Avropa çempionatında 57 kq çəki dərəcəsində rinqə çıxacaq boksçunun sözlərinə görə, səfərə yollananadək tam formasını yığacaq: “Artıq 3 ildir böyük yaş qrupunda döyüşürəm. Bunun da yarışda köməyimə gələcəyinə inanıram. Bizim üçün hər şərait yaradılıb, hazırlıq yaxşı gedir. Fikrimcə, Avropa çempionatında uğurlu çıxışla özümü sübut edəcəyəm. Məşqçinin köməyi sayəsində hər rəqibə qarşı xüsusi taktika ilə mübarizə aparacam. Boyu balaca olanla “2 nömrə”, uzaq məsafədə işləmək, uzunboylu rəqiblə yaxın məsafədə döyüşə üstünlük verəcəm. Yarışa kimi tam hazır olacağam. Faizlə götürsəm, bu gün formamı 80 faiz bərpa etmişəm. Lakin yarışa kimi hər şey qaydasında olacaq. Avropa çempionatında məni yalnız qızıl medal qane edəcək. Başqa mükafat barədə belə düşünmürəm”.

Yığmamızın digər üzvü Nəbi İsgəndərov (67 kq) da yarışa iddialı yollanacağını açıqlayıb. Yeniyetmələr arasında 2, gənclərdə və böyüklərdə 1 dəfə ölkə çempionu olan Gəncə boksunun yetirməsi Avropa çempionatında üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına əmin olduğunu deyib: “Avropa birinciliklərində təcrübəm var. Aşağı yaş qruplarında qitə çempionatlarında döyüşmüşəm. Hazırlığımız istədiyimiz kimi gedir. Səhər və axşam məşqlərimizi edir, çəkimizi qaydasına salırıq. Artıq yarışa yollanmağı gözləyirik. Səhvlərimiz üzərində işləmişik, hər şey qaydasındadır. Ümid edirəm ki, medalımızı da gətirərik. Mənim üçün rəqibin fərqi yoxdur. Hər şey yaxşıdır. Uşaqların da üzü gülür. Hamının əhval-ruhiyyəsi yaxşıdır və bunun da bəhrəsini Xorvatiyada görəcəyimizə inanıram”. 

Komandamızın heyətində böyük perspektiv vəd edən Mirşərif Kazımzadə (75 kq) isə Avropa çempionatında gərgin mübarizənin gedəcəyini gizlətməyib. Buna baxmayaraq, o, çəkisində sözünü deyəcəyinə inanır. Müəyyən müddətdir böyüklərin yarışında çıxış edən Kazımzadə istənilən ölkənin liderindən çəkinmədiyini vurğulayıb: “2 il öncə böyüklər arasında keçirilən ölkə çempionatında finalçı, son analoji yarışda çempion oldum. Finaldakı məğlubiyyəti əvəzini rəqibimdən 2 dəfə çıxmışam. Revanş almaq üçün daim üzərimdə işləyirəm. Hazırda yaxşı formadayam. Yarışda məqsədim ancaq qızıl medal qazanmaqdır. Ötən il dünya çempionatında, ardınca Serbiyada beynəlxalq turnirdə iştirak etmişəm. Rəqibin fərqi yoxdur. Məqsədim Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır. İnanıram ki, qazanacağım uğur növbəti yarışlarda da təkrarlanacaq”. 

Qeyd edək ki, Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq yığmamız səfərə martın 11-də yollanacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X