Texnologiya maqnatı və NBA komandası "Sacramento Kings"in sahibi Vivek Ranadive İngiltərə Premyer Liqa klubu "Çelsi"ni almağa yeni namizəddir.
Fanat.Az "Sportico" portalına istinadən xəbər verir ki, hindistanlı iş adamı klubu almaq üçün təklif göndərib, lakin ona indilik bu barədə ictimaiyyətə danışmağa icazə verilmir.
Onun təklifi bəyənilsə, Ranadive tarixdə İngiltərə Premyer Liqasının sahibi olan ilk hind əsilli şəxs olacaq. O, 1990-cı illərdə "Tibco"nu açdıqdan sonra sərvət qazanıb. 64 yaşlı biznesmen 2013-cü ildə "Sacramento Kings"i satın alıb və bunun üçün 534 milyon dollar xərcləyib. Hazırda NBA komandasının dəyəri 2 milyard dollardan çoxdur.
Xatırladaq ki, rusiyalı milyarder Roman Abramoviç Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir həftə sonra “Çelsi”ni satacağını açıqlamışdı. "Zadəganlar" dünyanın ən dəyərli futbol klublarından biridir və sərvətinin təxminən 3,35 milyard dollar olduğu təxmin edilir.
Mirağa