Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Məlumatda Baysufinovla müqaviləyə vaxtından əvvəl xitam verildiyi vurğulanıb. Onu Andrey Karpoviç əvəz edəcək. Beləliklə, yeni baş məşqçi vəzifəsinin icrasına bu aydan başlayacaq. 41 yaşlı mütəxəssis yığmanı martın 24-də və martın 29-da Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off görüşlərinə hazırlayacaq.
Cütün qalibi isə C Liqasının 2-ci qrupunda Azərbaycan, Belarus və Slovakiyaya rəqib olacaq.
Mirağa