Azərbaycan I Divizion klubu MOİK yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, "hərbçilər" Region Liqasında çıxış edən "Xan Lənkəran"la qarşılaşmadan qalib ayrılıb - 2:1.
Binə qəsəbə stadionunda baş tutan oyunda paytaxt təmsilçilərinin qollarını Rafael Qavami və Tural Nəsirov vurub. "Xan Lənkəran"da isə Zaur Nuruzadə fərqlənib.
Türkiyəli mütəxəssis İbrahim Uzuncanın çalışdırdığı "Xan Lənkəran" Region Liqasının pley-off mərhələsinə hazırlaşır. MOİK isə bu gün başa çatan 17-ci turda məcburi "istirahət" edir.
Mirağa