14:16 09.03.2022 491

Region Liqasında pley-offun püşkü nə vaxt atılacaq? - AÇIQLAMA

Hazırda Region Liqasında 4 zonada (Paytaxt və Şimal, Cənub, Mərkəz, Şimal-qərb və Qərb) fasilədir. Komandalar pley-off və final mərhələlərinə hazırlaşır. Bəs pley-offun püşkü nə vaxt atılacaq?

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyevin Fanat.Az-a verdiyi məlumata görə, püşkatmanın tarixi yaxın günlərdə elan olunacaq:

"Hələ dəqiq tarix müəyyənləşməyib. Amma tədbir gələn həftə baş tutacaq. Buna qədər Paytaxt və Şimal zonasının B qrupundakı vəziyyətə də aydınlıq gəlməlidir. Reqlamentə görə Region Liqasında üç oyuna gəlməyən komanda avtomatik olaraq yarışdan kənarlaşdırılır. "Şahdağ Quba" isə iki oyunda iştirak etməyib. Yəni İntizam Komitəsi növbəti iclasında "Şahdağ Quba"ya texniki məğlubiyyət versə də, bu, məsələyə tam aydınlıq gətirməyəcək. Komandanın rəhbərliyi ilə əlaqə saxlamışıq. Onlar bizə oynayacaqlarını bildirdilər. Bu həftə ərzində əlavə oyun təyin olunacaq, yenə gəlməsələr, buna uyğun qərar veriləcək. Belədə B qrupundakı yekun vəziyyət də bəlli olacaq. Nəticədə püşkatmada pley-off mərhələsinin cütləri müəyyənləşəcək". 

Pley-offa vəsiqə qazanan komandalar aşağıdakılardır: 

Paytaxt və Şimal zonasının A qrupu: Reqlamentə görə, bu zonadan 3 komanda növbəti mərhələyə adlayır. Başqa sözlə, qrup qalibləri birbaşa vəsiqə əldə edir, ikinci yerlərin sahibləri isə əlavə oyunda qarşılaşır. A qrupunda "Qusar" birbaşa pley-offa vəsiqə qazanıb. "Şirvanovka" isə qrup ikincisi olduğu üçün Paytaxt və Şimal zonasının B qrupunun ikincisi ilə pley-off uğrunda əlavə oyun keçirəcək.


Paytaxt və Şimal zonasının B qrupu: Qrupda vəziyyət qeyri-müəyyəndir. "Şahdağ Quba" qrup lideri olsa da, son iki oyunda iştirak etməyib. Komandanın yarışdan kənarlaşdırılacağı gözlənilir. Belədə, "Cəbrayıl" və "Davam"dan ("İrəvan"ın qrupda qaldığı dəqiqləşib) hansının qrup lideri, hansının isə ikinci yerin sahibi kimi pley-offa qatılacağı bilinəcək.

Cənub zonası: Reqlamentə görə, qrupdan üç komanda pley-offa vəsiqə qazanır. Bu o deməkdir ki, "Xəzər Lənkəran", "Astara" və "Ümid" yoluna davam edir.


Mərkəz zonası:
"Füzuli" qrup birincisi, "Ağsu Siti" ikinci, "İmişli" isə üçüncü yerin sahibi kimi qrupdan çıxıb.


Şimal-qərb və qərb zonası: Qrupda ilk üç yeri tutan "Energetik", "Karvan" və "Ağstafa" pley-offa yüksəlib.
   
Region Liqasında 5-ci zona sayılan Naxçıvanda isə yalnız birinci pillənin sahibi birbaşa yarımfinalda mübarizəyə qoşulacaq. Hazırda yarış davam edir.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

Facebookdan bizi izləməyi unutmayın.
X