Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçunun xidmətlərində "Liverpul" maraqlıdır. Mersisaydlıların baş məşqçisi Yürgen Klopp Cud Bellingemin komandasına qoşulmasını istəyir.
Bellingem bu mövsüm Bundesliqada 22 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2020-ci ilin yayında "Birmingem"dən Almaniya klubuna 23 milyon avro müqabilində keçib və hazırda onun qiyməti 70 milyon avrodur.
Emin