"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard rəhbərlikdən icarə əsasında heyətə qatılan Filippe Koutinyonun transfer edilməsini istəyib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən İngiltərə klubunun rəhbərliyinin qərar verməyə tələsmədiyi barədə məlumat yayıb.
Romano ingilislərin futbolçunun müqavilə ilə məxsus olduğu "Barselona"ya dəqiq nəsə demədiyini, rəhbərliyin vəziyyəti maya qədər götür-qoy edəcəyini vurğulayıb. Mənbə 29 yaşlı braziliyalının transferinin reallaşması üçün "Aston Villa"nın qarşı tərəfə 40 milyon avro ödəməli olduğunu da bildirib.
Qeyd edək ki, Koutinyonun "Barselona" ilə olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir.
Nihat