09:00 10.03.2022 862

Hansı futbolçularımız Rusiyada oynaya bilər? - MÜSAHİBƏ

Bildiyiniz kimi, millimizin sabiq qolkiperi Dmitri Kramarenko Rusiyanın MOİK klubunun qapıçılarla iş üzrə məşqçisidir.

Ölkə futbolsevərlərinin yaxşı tanıdığı mütəxəssis Fanat.Az-a müsahibəsində Rusiya futbolundakı indiki durumdan, yeni tranfser Yusuf Yazıcıdan və yerli futbolçuların RPL-də oynamaq perspektivlərindən danışıb.

- Dmitri, ümumiyyətlə, Rusiyada vəziyyət necədir? 

- Vəziyyət hamıya məlum olduğu kimidir - çətindir. Biz isə idman adamlarıyıq və öz işimizlə məşğuluq. Baş verənləri bir müddət əvvəl vətənim Azərbaycandakı vəziyyətlə müqayisə edirəm. İndi də burada bənzər ab-havadır. Olduqca mürəkkəb bir dövr yaşayırıq. 

- Məlum məsələdir ki, FİFA və UEFA Rusiya futboluna sərt sanksiyalar tətbiq edib. Rusiya futbol təsərrüffatı bunu necə qarşılayır? 

- Bununla ilk dəfədir qarşılaşırıq. Amma desəm ki, burada kimsə baş verənlərə təşvişlə yanaşır, yalançı olaram. İlk olaraq legionerlərin klubları tərk edəcəyi mövzusu ön plana keçdi. Digər klublarda nə baş verəcəyi barədə çox məlumatlı deyiləm. MOİK-ə gəlincə, deyim ki, hazırlıqlarımız davam edir və futbolçular komandada qalmağa üstünlük verirlər. Odur ki, bu barədə klubumuzda hər şey köhnə qaydada davam edir. İnşallah, gələcəkdə nə olacağı məlum deyil. Bunu bir allah bilir. Bir daha qeyd edim ki, biz futbola peşəkar yanaşırıq və hər şey öz axarı ilə gedir. Məşqçilərə gəlincə, yenə də həmin şeyi deyəcəm. Hamı öz yerində qalır.

- Müxtəlif saytlar və mənbələr yazır ki, Yusuf Yazıcı MOİK-i tərk etmək fikrində deyil və klubda özünü xoşbəxt hiss edir. Ola bilərmi ki, o, məsələnin ciddiyətini anlamasın və fikrini dəyişsin? Yusufda hansısa narahatlıq hiss olunmur? 

- Hazırda futbolçuda heç bir narahatlıq müşahidə etmirəm. Futbol ictimaiyyəti Yazıcının bu addımını alqışlayıb. Ona olduqca yaxşı yanaşırlar. Türk futbolçu ilə yaxın ünsiyyətdə də oluram və məncə, onun klubu tərk etmək fikri yoxdur. Düşünürəm ki, Yusuf hər şeyi gözəl anlayır və məsələyə idman peşəkarlığı ilə yanaşır. Son turda "Nijni Novqorod"la oyunda həlledici qolu vurması da futbolçunun mövqeyindən xəbər verir. 

- Yeri gəlmişkən, onunla hansı dildə ünsiyyət qurursunuz?  

- O bir neçə dildə əla danışır - fransızca, ingilscə. Onunla Azərbaycan dilində danışıram. Məni yaxşı başa düşür. Baş məşqçi ilə əsasən İngilis dilində danışır. Ümumiyyətlə, ünsiyyətcil insandır.

- Hər halda Azərbaycan futbolunu izləyirsiniz. Fikrinizcə, yerli futbolçularımızdan hansı MOİK-in əsas heyətində oynaya bilər? 

- Azərbaycan vətənim olduğu üçün əlbəttə ki, yerli futbolumuzu da izləyirəm. Baxmayaraq ki, rəhmətlik atamla mənim adım daha çox "Neftçi" ilə hallanır, mən "Qarabağ"ın azarkeşiyəm. Söhbət məhz azərbaycanlı futbolçulardan gedirsə, Rusiya çempionatının ilk "5-liy"ində oynamağa layiq futbolçular var. Məsələn, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa kifayət qədər perspektivli futbolçudur. Azərbaycanda çalışdığım dönəmlərdə ona çox fikir verirdim. Həmin klubun müdafiəçisi Toral Bayramovu da qeyd edə bilərəm. Qurbanov ondan da yaxşı faydalanır. İsmayıl İbrahimlini də həmin siyahıya əlavə edərdim. Rusiya Premyer Liqasında belə desəm, "yaxşı əllər"də olardılar. 

- Dmitri, qızınız Lalənin işləri necə gedir? (Lalə Dmitrievna Kramarenko bədii gimnast, Rusiya milli komandasının üzvü, üçqat dünya çempionudur - E.Ş.)

- Maraqlandığınız üçün təşəkkür edirəm. Zədəsini nəzərə almasaq, işləri pis getmir. Xarakter baxımından babasına (Sergey Kramarenkoya - E.Ş.) oxşayıb. Ayağının baş barmağından ciddi xəsarət alıb və həmin zədə ilə yarışlarda da iştirak edir. 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:03

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

Facebookdan bizi izləməyi unutmayın.
X