Yunanıstan AEK-inin ukraynalı yarımmüdafiəçi Yevgeni Şaxov ailəsinə qovuşub.
Fanat.Az "Gazzetta"ya istinadən xəbər verir ki, futbolçunun Rusiyanın hücumundan sonra Kiyevdən çıxa bilməyən həyat yoldaşı və bugünə qədər üzünü görmədiyi uşağı artıq Afinadadır.
Şaxov komandasının bugünkü məşqində iştirak etməyərək ailəsini Rumıniya-Ukrayna sərhədində qarşılayıb və daha sonra Yunanıstana gətirib.
Yevgeni Şaxov 2014-cü ildə Avropa Liqasının qru mərhələsində "Dnepr"in futbolçusu kimi "Qarabağ"a qarşı oynayıb.