Xorvatiyanın "Slaven Belupo" klubu bu gün sosial şəbəkə hesabında maraqlıl paylaşım edib.
Fanat.Az xəbər verir ki, klub son bir neçə gündə dörd oyunçusunun ata olduğunu açıqlayıb.
Qapıçı İvan Çoviç, sağ cinah müdafiəçisi Zoran Kvrziç, yarımmüdafiəçi Qoran Paraçki və hücumçu İvan Krstanoviç ilk dəfə ata olublar.
Yeni ataların ağızlarında əmziklə poza verdikləri fotoya belə şərh yazılıb: "Biz Peter, Angela, Leona və Daniyə sağlamlıq və xoşbəxtlik arzulayırıq, ana və ataları isə təbrik edirik".