Portuqaliyanın "Benfika" klubu hazırda Rusiyanın hücumunu dəf edən Ukraynaya yardım toplamaq üçün genişmiqyaslı humanitar kampaniyaya başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sportarena" saytı məlumat yayıb.
Tədbirin ilk günündə "Benfika"nın beş futbolçusu - Andre Almeyda, Yan Vertongen, Tomas Arauxo, Paulu Bernardu və Qonsalo Ramos "Benfika Fondu" və "SIC Esperança" tərəfindən təşkil edilən layihədə könüllü olaraq iştirak ediblər.
Bu barədə “Benfika” sosial şəbəkələrdəki səhifələrində məlumat da yayıb:
🇺🇦 André Almeida, Jan Vertonghen, Tomás Araújo, Paulo Bernardo e Gonçalo Ramos foram voluntários na ação humanitária promovida pela #FundaçãoBenfica e pela SIC Esperança! 🙏#EPluribusUnum #WeStandWithUkraine pic.twitter.com/KDomzxZzZT
— SL Benfica (@SLBenfica) March 9, 2022
Emin