Ukraynanın Macarıstandakı səfiri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesovun istefaya göndərilməsi təşəbbüsü ilə çıxış edib.
Fanat.Az "İndex.hu" saytına istinadən xəbər verir ki, klub rəhbərliyi əvvəlcə Rusiya millisinin keçmiş çalışdırıcısını klubdan kənarlaşdırmaq mövzusunu nəzərdən keçirmək istəyib.
Mütəxəssisin istefasının zəruriliyi ilə bağlı müzakirələr mediada aktiv şəkildə müzakirə olunmağa başlayandan sonra "Ferentsvaroş" rəhbərliyi mövzunu azarkeşlərin öhdəsinə buraxmağa qərar veriblər.
Məsələ öz həllini səsvermə nəticəsində tapıb. Belə ki, macar azarkeşlərin 92%-i Stanislav Çerçesovun komandada fəaliyyətini davam etdirməsinin tərəfdarı olub.
Daha sonra klub rəhbərliyi açıqlama verib ki, rusiyalı mütəxəssisin mümkün qovulması ilə bağlı məsələ bağlanıb və indi onun komandadakı taleyinə yalnız göstərdiyi nəticələr təsir edə bilər.
Emin