12:06 10.03.2022 859

"Məqsəd Azərbaycanda avarçəkmə idman növünə marağı daha da artırmaqdır" - Fərhad Əliyev

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyevin Fanat.Az-a müsahibəsi

- Avarçəkmə Azərbaycanın Olimpiya medalı qazandığı idman növlərindəndir. Lakin məlum olduğu kimi, həmin mükafatlar milliləşdirilmiş idmançıların sayəsində əldə olunub. Ötən illər ərzində yerli idmançılar elə bir ciddi nailiyyətlə diqqət çəkməyib. Ölkədə bu idman növünün inkişaf etdirilməsi, kütləviliyin artırılması, peşəkar yerli idmançıların hazırlanması üçün yaxın gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulub?
- Sizin də qeyd etdiyiniz kimi, avarçəkmə ölkəmizə həm beynəlxalq yarışlarda, həm də Olimpiadalarda medal qazandıran idman növlərindəndir. Son dövrləri götürsək, istər Bakıda təşkil edilən birinci Avropa Oyunları, istərsə də Rio Olimpiadasında qazanılan medallar legioner idmançıların adı ilə bağlıdır. Hazırda AKAF olaraq əsas məqsədimiz gənclərimizin bu idman növünə marağını daha da artırmaq, insanlar arasında kütləviliyi təmin etmək və xüsusən gələcəkdə peşəkar yerli idmançılar yetişdirməkdir. Bununla bağlı federasiyamızda ciddi işlər aparılır. 

- İşlərin lazımı səviyyədə görülməsi üçün peşəkar mütəxəssislərə ehtiyac var. Hazırda bu istiqamətdə hansı fəaliyyət aparılır?
- İstənilən sahənin inkişafına nail olmaq üçün peşəkar mütəxəssislərə ehtiyac var. Eynilə bizdə də. Bunun üçün bu sahəni dərindən bilən yerli məşqçiləri işlərə cəlb edəcəyik. Əgər ehtiyac olarsa, xaricdən də mütəxəssislər dəvət ediləcək. Əsas məqsəd Azərbaycanda avarçəkmə idman növünə marağı daha da artırmaqdır. 

- Qarşıda əcnəbi idmançıların yığmaya cəlbi nəzərdə tutulubmu? Başqa sözlə, federasiya milliləşdirmədə nə dərəcədə maraqlıdır?
- Bir az öncə qeyd etdiyim kimi, federasiya olaraq bizim əsas istəyimiz yerli idmançılarla uğur qazanmaq və onlar arasından peşəkarlar yetişdirməkdir. Lakin 10-11 yaşlı yeniyetmənin peşəkar idmançı kimi yetişdirilməsi təbii olaraq müəyyən vaxt tələb edir. Əlbəttə, hazırda peşəkar səviyyədə olan yerli idmançılarımız var. Sadəcə, pandemiya ilə əlaqədar olaraq bütün idman növlərində olduğu kimi, avarçəkmədə də durğunluq yaranmışdı. Bu amillər eyni zamanda yerli idmançıların da fiziki göstəricilərinə təsir edib. Onların mütəmadi məşqlərini təmin etmək, hazırlıq səviyyəsini artırmaq istəyirik. Bu müddət ərzində ehtiyac olarsa, əcnəbi idmançılar da cəlb ediləcək. Bu təcrübə bütün idman növlərində və demək olar ki, bütün ölkələrdə mövcuddur. 

- Yanvarın sonunda federasiyanın yeni rəhbərliyinin təşkilatçılığı ilə Mingəçevirdə "Gənclər kuboku" adlanan ilk yarış keçirildi. Yaxın gələcəkdə ölkədə başqa hansı yerli və beynəlxalq yarışların təşkili nəzərdə tutulub?
- Təbii ki, ölkədaxili və beynəlxalq yarışların təşkili hər zaman diqqət mərkəzində olacaq. Federasiyamız bu ilin may ayında Mingəçevir şəhərində “Prezident Kuboku” reqatasının təşkilini planlaşdırır. Bununla bağlı işlər görülməyə başlayıb. Mövcud pandemiya şərtlərini nəzərə almaqla qonaq komandaların dəvət edilməsi, onlara müvafiq icazələrin alınması istiqamətində fəaliyyətimiz davam edir və inanıram ki, yarış yüksək səviyyədə təşkil olunacaq.

- Paytaxt Bakıda avarçəkmə bazasının inşasının vacibliyi dəfələrlə vurğulansa da, təəssüf ki, hələ də bu, həllini tapmayıb. Bu istiqamatdə hansı işlərin görülməsi planlaşdırılır?
- Bakı meqapolisdir. Həm də Azərbaycanın ən böyük şəhəri olan paytaxtımızda 3 milyon sakin yaşayır. Burada bazaların olması avarçəkmə idman növünün inkişafı baxımından mütləqdir. Bu istiqamətdə də işlər gedir. Dənizkənarı Milli Parkda və Xocəsən gölünə mütəxəssislər baxış keçirir. 

- Qarabağa böyük qayıdış prosesinə idman federasiyalarının da dəstək verməsi gözlənilir. Qarabağ regionunun müxtəlif idman növlərinin inkişafı üçün əlverişli təbii xüsusiyyətlərə malik olduğunu nəzərə alsaq, həyat üçün zəruri infrastrukturun bərpasından sonra federasiyaların bölgəyə diqqət göstərməsi xüsusilə arzuolunandır. AKAF olaraq bu yöndə ideyalarınız varmı?
- Bütün sahələrdə olduğu kimi, AKAF olaraq biz də bu növün azad etdiyimiz tarixi torpaqlarımızda inkişafına nail olmaq üçün çalışırıq. İşğaldan azad olunan rayonlarımızda göllər və bolsulu çaylar var. Bu da orada yeni təlim-məşq bazalarının tikilməsinə şərait yaradır. 

- Avarçəkmə spesifik idman növlərindən hesab olunur. Hər kəs bu idmanla məşğul ola bilməz. Məsələn, akademik avarçəkmə ilə məşğul olanların boyu gərək ki, 1,90 - 2 metr olsun. 1,75 metr boyunda olan şəxs bu idman növünə uyğun deyil. Bu kimi genetik amillərin çətinlik törədəcəyini düşünürsünüzmü?
- Bunu artıq məşqçilər müəyyənləşdirəcək ki, idmançının fiziki göstəriciləri avarçəkmənin hansı növünə uyğun gəlir. Amma ümumilikdə ölkəmizdə fiziki göstəriciləri akademik avarçəkməyə uyğun olan kifayət qədər gənc var.

- Akademik avarçəkmə, kayak və kanoe növləri üzrə Olimpiadalarda üst-üstə 26 dəst medal uğrunda mübarizə gedir. Yəni, bu növlər lisenziya sayı baxımından da öncül növlərdəndir. Bu gün Azərbaycan idmançıları hər 3 növ üzrə neçə lisenziya uğrunda mübarizə aparmağa, Avropa və dünya çempionatlarında neçə qayıq tipində təmsil olunmağa qadirdir?
- Avarçəkmə federasiyası faktiki olaraq maksimum qüvvə ilə çalışır ki, beynəlxalq yarışlar, Avropa və dünya çempionatlarında tez zamanda mümkün qədər çox növdə təmsil olunsun. Həmçinin əsas prioritetimiz qarşıdakı Olimpiadalara lisenziya alıb ölkəmizi planetin ən böyük yarışında təmsil etməkdir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X