PSJ-nin hücumameylli yarımmüdafiəçisi Anxel Di Mariya zədələnib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında - "Real Madrid"lə səfər qarşılaşmasında (1:3) ombasından xəsarət alıb.
Fransanın "L'Equipe" nəşri ulduz futbolçunun 3 həftə komandasına kömək edə bilməyəcəyi barədə informasiya yayıb.
Qeyd edək ki, evdə "Real"ı minimal hesabla yenən PSJ rəqib meydanında 2 top fərqi ilə uduzaraq ÇL-lə vidalaşıb.
Nihat