Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun - "Qalatasaray"la matçın (0:0) fasiləsində baş məşqçi Xavinin "Barselona"nın futbolçularına nə dediyi bəlli olub.
Fanat.Az xəbər verir ki, "El Chiringuito TV" mütəxəssisin özündən çıxdığını, yetirmələrini yüksək səslə iradlarını çatdırdığını açıqlayıb.
41 yaşlı çalışdırıcı ayrı-ayrı futbolçuların hansı epizodda zəif təsir bağışladığını emosianal şəkildə izah etməklə yanaşı, bütün komandanı da bu cümlə ilə hədələyib:
"Kimsə oynamaq istəmirsə, meydanda ayaqlarını sürüməklə işinin bitdiyini sayırsa, mənə bunu indi desin!"
Qeyd edək ki, tərəflərin cavab görüşü martın 17-də "Türk Telekom"da baş tutacaq.
Nihat