Rusiyanın "Spartak Moskva" futbol klubunun sahibi Leonid Fedun sərvətinin 99 faizini itirib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, oliqarxın müflis olmasını Futbol Assosiasiyasının rəsmisi Vladimir Afanasyev təsdiqləyib.
Moskva "Spartak"ının sahibi böyük ehtimalla klubu satışa çıxarmalı olacaq.
Fedun Putinin Ukraynanı işğal etmək qərarına qarşı çıxan şəxslərdəndir. O, "Lukoyl" neft şirkətinin sahibidir və bir dəfə bəyanatında müharibəni dayandırmağa çağırıb.