Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Niderlanda qarşı rəqib meydanında keçirdikləri matçda (2:4) vurduğu qoldan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" Kristianın söylədiklərini belə çatdırıb:
"Özümü arzulanan qonaq kimi hiss etdim. Əlbəttə, uzun müddət millidə oynamışam, azarkeşlər məni tanıyır. Məni isti qarşıladılar ki...
Qola gəlincə, top mənə düşdü və fürsəti qaçırmadım. Beynəlxalq futbola dönüşümü belə qeyd etməyim idealdır. Qətərdəki dünya çempionatında oynamaq fürsətini dəyərləndirmək istəyirəm. Səbirsizliklə mundialın başlamasını gözləyirəm".
Avro-2020-nin oyununda, Finlandiya ilə qarşılaşma (0:1) zamanı ürəyi dayanan Eriksenə meydanda ilkin tibbi yardım göstərilmiş, ardından vəziyyəti sığortalamaq üçün oyunçunun ürəyinə xüsusi cihaz (kardioverter-defibrillyator) yerləşdirilmişdi.
Kristian bu ilin fevralından "Brentford"un heyətində rəsmi matçlara çıxır.
Nihat