Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinın III mərhələsində mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 37 yaşlı qrossmeyster hər iki tay-breyk görüşündə uduzaraq yarışla vidalaşıb.
***
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinın III mərhələsinin yarımfinalında növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Əvvəlki 2 qarşılaşmada heç-heçə qeydə alındığından tərəflər finala vəsiqənin taleyinə tay-breykdə aydınlıq gətirəcək.
Digər yarımfinal cütündə də qalib sürətli şahmatda müəyyənləşəcək. Burada Uesli So (ABŞ) və Məhəmməd Amin Tabatabai (İran) həlledici görüşə vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.