16:17 08.05.2022 236

\"Komandamıza azı iki futzalçı qoşulmalıdır\" - Joze Alesio

"Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Yüksək Liqasının finalında EKOL-a 9:2 hesabı ilə qalib gələrək ölkə çempionu olduqları oyunla bağlı danışıb.

Fanat.Az xəbər verir ki, braziliyalı çalışdırıcının söylədiklərini Azərbaycan Futzal Federasiyasının saytı belə çatdırıb:

“İlk dəqiqələrdən oyuna intensiv başladıq. Fikrimizdən sırf müdafiə olunmaq keçmirdi. Düzdür, oyunçularımızda az da olsa, yorğunluq var idi. Ona görə də əvəzetmələri elə edirdik ki, həmin futzalçılar istirahət etmək imkanı qazansınlar. Final oyunu olduğu üçün maksimum ciddi yanaşırdıq. Məqsədimiz çempion olmaq idi, buna da nail olduq.

Əlbəttə, istərdik ki, komandalar hamısı bir-birinə qarşı mübarizə aparacaq gücdə olsun. Pandemiya digər sahələr kimi, idmana da çox pis təsir etdi. Tədricən yumşalmalar baş verdi və zallar açıldı. Azarkeşləri bu cür oyunlar zamanı tribunalarda görmək istərdik.

Hakimlərin intizama ciddi yanaşmasını alqışlayıram. Amma onlar sarı vərəqələrdən çox rahat istifadə edirlər. Nəticədə cəzalı futzalçıların sayı hər dəfə artır. Aydın məsələdir ki, bu gün EKOL tam heyəti ilə çıxış etsəydi, final matçı daha maraqlı keçərdi. Amma cəzalı olduqlarına görə, 3 oyunçusu meydana çıxmadı.

O, yeni mövsümlə bağlı müəyyən planlarının olduğunu deyib: "Bizi yeni mövsümün startında Çempionlar Liqasının oyunları gözləyir. Heyətimizi gücləndirməliyik. Azı iki futzalçı komandamıza qoşulmalıdır. Seçim zamanı legionerlərə üstünlük vermək istəmirəm. Çalışacam ki, yerli oyunçuların gücündən istifadə edim. Çünki biz həm də milli komandanı düşünməliyik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Amma etiraf edim ki, bu gün seçim imkanımız çox azdır. Beynəlxalq oyunlarda kömək edəcək yerli oyunçu seçimi etmək çətindir. Yenə EKOL, “Neftçi” İK, “Baku Fire” kimi komandalara da baxacağıq. Əgər axtardığımız futzalçıları burada tapmasaq, o zaman əcnəbi oyunçular arasından seçim edəcəyik. İstənilən halda, heyətimizə əl gəzdirməli, Çempionlar Liqasında yaxşı çıxış etməliyik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X