08:00 13.05.2022 6778

Layiq olduğundan az maaş alan 10 top-futbolçu

Heç kimə sirr deyil ki, futbolçular çox pul qazanırlar. Hətta onların müəyyən qismi bir ildə çoxlarının ömür boyu qazana bilməyəcəyi qədər gəlir əldə edir.  Bəzi oyunçuların isə bir həftədə aldığı para sıravi insanların belə desək, yuxusunda görə biləcəyi qədərdir. Amma yüksək səviyyəli futbolçular arasında digər oyunçularla müqayisədə haqsız yerə az maaş alanları da var.

Fanat.Az haqq etdiyindən az qazanan 10 tanınmış futbolçunu təqdim edir:

Ferlan Mendi

2019-cu ildə Ferlan "Real Madrid"ə keçdi və dərhal klubun əfsanəvi müdafiəçisi Marselonu ehtiyata göndərdi. Mendi "Real Madrid"də ildə cəmi 3 milyon 200 min avro alır. Ondan az qazanan yeganə futbolçu ehtiyat qapıçı Andrey Lunindir. 

Eduar Mendi

2014-cü ildə Eduar futboldan getməyə çox yaxın idi. O, klubsuz qalmışdı və bir il iki ki, sosial yardım hesabına dolanırdı. Daha sonra tale onun üzünə gülür - "Marsel"dən təklif alır və oynamağa davam edir. Qapıçı 2020-ci ildə "Çelsi"yə keçərək dərhal komandanın əsas oyunçusuna çevrilir və "zadəganlar"ın Çempionlar Liqasını qazanmasına kömək edir. İndi o, dünyanın ən yaxşı qapıçılarından biridir. Bütün üstünlüklərinə baxmayaraq, Mendinin maaşı ildə 3 milyon 170 min avrodur. Amma ehtiyat qapıçısı Kepa Arrisabalaqa 6 milyon avro alır.

Mikel Oyarzabal

Oyarzabal "Real Sosyedad"ın əsas oyunçusudur. Yarımmüdafiəçi son bir neçə mövsümdə davamlı olaraq yüksək səviyyəli futbol nümayiş etdirib. Ötən mövsüm o, 11 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, klubun çempionatda 5-ci yeri tutmasına kömək edib. Mikel həm də İspaniya millisinin əsas oyunçusudur. Sadalananlar fonunda Mikel ildə 2,2 milyon avro alır.

Andrea Belotti

Son 5 ildə İtaliya çempionatının ən yaxşı hücumçularından biri olub. Belotti "Torino"da oynayır. Turin təmsilçisinin formasıyla çıxdığı 238 matçda 107 qol vurub və 28 məhsuldar ötürmə edib. Son Avropa çempionatının qalibi ildə 2 milyon avro qazanır. 

Pedri

Hazırda 19 yaşlı futbolçular arasında transfer qiyməti ən yüksək olanı Pedridir. O, həm də "Barselona"nın əsas oyunçusudur. Buna baxmayaraq, ispaniyalının maaşı çox deyil - ildə 1,9 milyon avro. Ehtiyat oyunçu Martin Breytueyt ondan 2 milyon 100 min avro çox gəlir əldə edir.

Bukayo Saka

Yarımmüdafiəçi 20 yaşlı oyunçular arasında ən bahalı transfer dəyərinə malik futbolçudur. Lakin buna rəğmən, o, ildə 1,8 milyon avro ilə kifayətlənir. Saka "Arsenal"ın son iki mövsümdəki ən yaxşı oyunçusudur. Məsələn, Nikolya Pepe ehtiyat oyunçular skamyasında olsa da, Bukayodan 2,5 dəfə çox maaş alır.

Teo Ernandes

Hazırda o, A Seriyasının ən yaxşı müdafiəçilərindən biridir. Teo öz mövqeyinə görə yaxşı performans göstərir. Müdafiəçi olsa da, İtaliyada 2 mövsümə 17 qol vurub, 18 məhsuldar ötürmə edib. Qazandığı pulun məbləği isə illik 1,5 milyon avrodur. Bu göstəriciyə görə Teo "Milan"ın oyunçuları arasında 13-cü sıradadır.

Skott Maktominey

"Mançester Yunayted"in şotlandiyalı futbolçusu bu mövsüm əsas heyət oyunçusuna çevrilib. Skott “qırmızı şeytanlar”ın heyətində 5-ci ilini keçirir və orta xətdə önəmli fiqurlardan sayılır. Klubda ən az pulu da MakTominey alır - ildə 1 milyon 170 min avro. 

Duşan Vlahoviç ("Fiorentina"dakı göstəriciləri)

2018-ci ildə Duşan "Fiorentina"da oynamaq üçün İtaliyaya köçüb. Keçən mövsüm o, 37 oyunda 21 qol vurub. Vlahoviçin cəmi 21 yaşı var, ona görə də "Yuventus" qış transfer pəncərəsində onu dərhal heyətinə qatıb. Serbiyalı forvard Florensiya klubunda ilə cəmi 900 min avro alırdı. Belə göstəriciləri olan futbolçu üçün bu, çox aşağı maaş idi. Hazırda o "Yuventus"da mövsümə 7 milyon avro qazanır.

Robin Qosens ("Atalanta"dakı göstəriciləri)

Futbol dünyası bu müdafiəçini Avro-2020-dən sonra daha yaxşı tanıyıb. Robin turnirin ən yaxşı almaniyalı oyunçularından biridir. 27 yaşlı yarımmüdafiəçi "Atalanta"da çıxdığı 74 oyunda 21 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, Berqamo klubunda məvacib baxımından 14-cü yerdə idi. Robin ildə cəmi 800 min avro alırdı. Qış transfer pəncərəsində futbolçu icarə əsasında "İnter" klubuna keçib. Arxa xətt oyunçusu Milan təmsilçisində illik 2,5 milyon avro qazanır. 

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2024
10:45

Bu gün Ulu Öndərin doğum günüdür

10:27

Braziliya millisinin sabiq üzvü oyunda həbs olundu - SƏBƏB

10:06

"Neftçi"nin 4 futbolçusu "Kəpəz"ə qarşı oynamayacaq

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:23

Kvaratsxeliya İtaliyanı Fransaya dəyişir - Danışıqlar başladı

09:00

MPL: "Neftçi" "Kəpəz"ə qarşı - YENİLƏNİR

01:12

KL: "Fiorentina"nın finaldakı rəqibi "Olimpiakos" oldu

01:05

Avropa Liqasında finalçılar müəyyənləşdi

09 May 2024
20:22

"Barselona" dünya çempionu ilə anlaşdı - SON DURUM

19:30

Bu klub Qrem Potteri tarixinin ən bahalı məşqçisi etməyə hazırlaşır

18:45

İstanbul nəhəngi "Arsenal"ın futbolçusuna elçi düşdü

17:50

Gələn həftə İngiltərənin ən yaxşı gənci elan olunacaq

17:16

"İki top fərqi ilə üstün olsaq da..." - Xabi Alonso 

16:59

Mbappenin PSJ ilə vidalaşacağı tarix açıqlandı

16:41

İPL: Mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var

16:23

"Barselona" Kubarsi ilə müqavilə yenilədi - Onu istəyən bu qədər ödəməlidir

16:05

"Deməyə söz tapmıram" - Manuel Noyer

15:48

"Hamı bizi finalda görmək istəyirdi"

15:30

İPL: Mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

15:13

Minifutbol turnirinin qalibi bilindi

14:55

"Bayern Münhen"in haqqının yeyildiyi sübut olundu - FOTO

14:36

PSJ rəhbərliyi yekun qərarını verdi - Enrikenin aqibəti necə olacaq?

14:19

Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

14:00

Türk ulduz İstanbul nəhəngindən ayrılacaq

13:39

"Barselona"nın ulduzuna inanılmaz tələbat - 30 klubdan təklif göndərildi

13:06

Kroos yalnız Ronaldudan geri qalır

12:48

Ançelotti Ferqyussonun rekordunu təzələdi

12:29

"Real"a qarşı heç vaxt belə səhv etməzlər" - Tuxel hakimi qınadı

12:11

"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

11:52

Modriçdən emosional paylaşım - FOTO

11:33

Ançelotti "Bayern" üzərində qələbəni belə qeyd etdi - VİDEO

11:04

PFL-dən daha bir anlaşma - Şəhid övladları üçün Yay düşərgəsi təşkil olunacaq

10:51

"Ümid" Vüqar Nadirovun komandasını finala buraxmaq istəmir: "Tam hazırıq"

10:30

İstanbul nəhəngi nigeriyalı forvardla güclənir

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

Facebookdan bizi izləməyi unutmayın.
X