17:15 13.05.2022 657

\"Bəli, \"Turan Tovuz\"la danışmışıq\" - Ayxan Abbasov

Ötən mövsüm Azərbaycan Premyer Liqasını 39 xalla 3-cü pillədə başa vuran və tarixində ilk dəfə UEFA Konfrans Liqasının təsnifat mərhələsində gücünü sınayan "Sumqayıt"ın sabiq baş məşqçisi Ayxan Abbasov artıq 4 aydan çoxdur ki, işsizdir. 

Onun adı növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" klubu ilə hallanır.

40 yaşlı mütəxəssis gələcək planları və "Sumqayıt"la bağlı Fanat.Az-a açıqlama verib. 

Sabiq yarımmüdafiəçi əvvəlcə ona gələn təkliflərlə bağlı danışıb:

"Turnirin elə vaxtı işsiz qaldım ki, klublar qış hazırlığına gedirdi. Özüm də gözləmirdim. Mövsümün yarısında başqa komandaya getmək də asan deyil. Amma hazırda bir neçə klubdan təklif var. Fərdi şəkildə fikrimi öyrəniblər, danışmışıq, müzakirələr aparmışıq. Onlar öz planlarını mən də öz fikirlərimi demişəm. Amma dəqiq nəticəyə gəlməmişik. Klublar da büdcələrinin müəyyənləşməsini gözləyirlər. Yaxın zamanlarda işə başlamaq lazım olsa, hazırıq". 

Abbasov son zamanlar adının "Turan Tovuz"la yanaşı hallanmasına da toxunub:

"Turan"la bağlılığım, sizin də deiyiniz kimi, çox möhkəmdir. Bu klubda futbolçu kimi ayrı-ayrı dövrlərdə çıxış etmişəm. Hazırda "Turan"ın istər rəhbərliyi olsun, istər veteran futbolçuları olsun, onlarla eyni komandada oynamışam. Yəni bütün bunları nəzərə alsaq adım Tovuz təmsilçisi ilə hallana bilər. Bu, normaldır. Reallıq isə odur ki, bəli, danışığımız olub. Klubun Müşahidə Şurasının sədri Oqtay müəllimlə (Oqtay Abdullayev - red.) bu mövzuda müzakirəmiz olub. Aramızda fikir mübadiləsi aparmışıq. Onların məsələyə isti yanaşmasını qeyd edərdim. Elə klublar var ki, belə mövzulara fərqli mövqedən yanaşır. Mənim başıma da gəlib. Amma Tovuz klubunun rəsmilərinin - Nadir Nəbiyev və Oqtay Abdullayevin yanaşması xoşuma gəldi. Gələcək planları ürəkaçandır. Bu da təsadüfi deyil. Hər ikisi futbolun içindən çıxıblar və hər bir detalı nəzərə alırlar. Onların futbola baxış tərzi başqadır. Yaxşı başa düşürlər ki, klub doqquz ildən sonra Premyer Liqaya qayıdırsa, bünövrəni möhkəmləndirmək lazımdır. Belə olmasa, çox çətin olar. "Turan Tovuz"da böyük bir iş gözlənilir. Mən belə sınaqlardan çəkinən deyiləm. Qeyd etməliyəm ki, orada heç çalışmasam belə, kənardan da o kluba köməklik göstərməyə hazıram. Gələcəkdə nə olacağını zaman göstərəcək. Sualınıza gəlincə, bəli, danışığımız olub. 

Mütəxəssis "Sumqayıt"dan dəvət gələcəyi halda, buna necə reaksiya verəcəyini də açıqlayıb: 

"Bilirsiniz, klubdan ayrıldıqdan sonra həmin komandanın uğursuzluğundan danışmağı xoşlamamışam. Mən bunun tərəfdarı deyiləm. Bu, qeyri-peşəkar yanaşma sayılar. O komandadan ayrılmışamsa, bu, o demək deyil ki, aramızda hər hansı düşmənçilik münasibətləri olmalıdır. Gəlin məsələyə peşəkarcasına yanaşaq.

Məni o kluba şəxsən Riad Rəfiyev dəvət etmişdi. Ayrılmağımla bağlı qərarı da məhz Rəfiyev verdi. Üç il yarım "Sumqayıt"da çalışmışam. Klubun çox çətin bir dönəmində gəlmişdim. Qış fasiləsinə 3 tur qalmış orada işə başlamışdım. Komanda 7-8 oyun idi ki, məğlub olurdu. Həmin vaxt klubda bünovrə qurulmalı idi. Riad Rəfiyevlə birlikdə gördüyümüz iş göz qabağındadır. Pillə-pillə bunun öhdəsindən gəldik. Biz kubokun finalına kimi yüksəldik. "Neftçi", "Zirə" kimi klubları yarışdan kənarlaşdırdıq. "Sumqayıt"la bir çox uğurlarımız olub. Sonda məni klubdan kənarlaşdırmaq qərarlarını heç araşdırmadım. Sual verirsiniz ki, dəvət gəlsə... Bu gün oraya qayıtmaq, 3-4 ay sonra yenidən "Sumqayıt"da çalışmaq, mənim xarakterimlə düz gəlməz. Xırda bir iş xatirinə yox, gələcəkdə tam başqa bir əhval-ruhiyyə ilə, daha böyük işlər görmək naminə ola bilər. Amma indi "Baqa uğursuz oldu, Ayxan qayıtsın" fikri ilə razılaşmıram. Altıaydanbir eyni məşqçiləri dəyişən klubları görmüşük. Gündəmdə də yaxşı qarşılanmırdı belə xəbərlər. Özümə yeni bir səhifə açmaq istəyirəm. Baş məşqçi olaraq daha bir klubda özümü sınayıb təcrübəmi bölüşmək niyyətindəyəm. Yəni gələcək planım budur. Mənim "Sumqayıt"la bağlı ancaq xoş xatirələrim var. Bəli, reallıq odur ki, klub bu gün həqiqətən yaxşı nəticələr əldə etmir. Bu, gözlənilən idi. Burada daha çox baş məşqçi faktoru rol oynayır. Onun vəziyyəti düzgün qiymətləndirməsi vacib idi. Mən özüm də "yarımçıq" komandaya getmişəm və ortaya çıxan problemləri görmüşəm. Bu növ problemlərlə mən də qarşılaşmışam. Murad Musayev də eynilə Baqa gəldiyi vaxt qədəm qoydu ölkə futboluna. Amma Musayev "Sabah"ı "qaldıra" bildi. Belə vəziyyətlərdə rəhbərlikdən çox məşqçinin yanaşması vacib rol oynayır. Komandanı necə ələ alacaq, futbolçularla necə dil tapacaq, klubdakı çatışmazlıqları nə zaman aşkara çıxaracaq... Yəni bunlar olduqca önəmlidir. Məsələn, Samir Abasov da komandaya mövsüm başlayandan sonra gəlmişdi,  ancaq "Neftçi"ni çempion edə bildi. Kluba mövsümün ortasında gəlmək o demək deyil ki, həmin ili boşa verməlisən. Qurulacaq sistem barədə düşünməli, klubun irəli getməsi üçün plan qurmalısan. Bütün bunlar onun üçün lazımdır ki, gələn mövsümə tam olaraq hazırlıqlı olasan. Onlara böyük uğurlar arzulayıram. Razıyam ki, komandanın vəziyyəti yaxşı deyil. Onlar yeni bir "Sumqayıt" düzəltməlidir". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X