18:47 04.06.2022 782

\"Böyük Dəbilqə\": Cüdoçumuz bürünc medal qazandı

Azərbaycan cüdoçuları Elcan Hacıyev və Zelim Tskayev (hər ikisi 81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıblar.

Fanat.Az xəbər verir ki, Hacıyevin rəqibi italiyalı Titsiano Falkone olub. İdmançımız rəqibini 37 saniyəyə məğlub edərək yarışın bürünc mükafatına sahib çıxıb.

Tskayev isə özbəkistanlı Şarofiddin Boltaboyevlə görüşüb. "Qızıl xal" bölümündə uduzan təmsilçimiz 5-ci yerlə kifayətlənib. 

Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bir bürünc medalla başa vurub. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

***

Azərbaycan cüdoçuları Zelim Tskayev və Elcan Hacıyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində yarımfinal görüşünə çıxıblar.

Fanat.Az xəbər verir ki, Tskayev finalın bir addımlığında ev sahibi ölkənin təmsilçisi Tato Qriqalaşvili ilə üz-üzə gəlib. Cüdoçumuz üç "şido" xəbərdarlığı alaraq görüşü məğlub başa vurub.

Cənubi koreyalı Junhvan Li ilə qarşılaşan Hacıyev də döyüşün sonuna 1 dəqiqə 21 saniyə qalmış eyni aqibətlə üzləşib. 

Beləliklə, hər iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq. Tskayev üçüncü yer üçün özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək.

***

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulub. Kişilərin 73 kiloqram çəki dərəcəsində çıxış edən Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə "qızıl xal" bölümündə uduzaraq yarışla vidalaşıb..

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tskayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Zelim yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

***

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 3 təmsilçisi tatami üzərinə çıxacaq. Kişilərin 73 kiloqram çəki dərəcəsində yer alan Telman Vəliyev 1/16 finalda türkmənistanlı İlham Kemalov ilə qarşılaşacaq.

81 kq-da mübarizə aparan Zelim Tskayev startda Mohammed Əlharbini (Səudiyyə Ərəbistanı) sınağa çəkəcək. Eyni çəkidəki  Elcan Hacıyev Vladimir Zoloyevin (Qırğızıstan) müqavimətini qırmağa çalışacaq. Hər iki cüdoçumuzun ilk görüşü 1/16 finala təsadüf edəcək.

Qeyd edək ki, ilk gündə Azərbaycanın 6 idmançısı mübarizə aparıb. Onlardan yalnız Turan Bayramov (60 kq) çıxışını medalla başa vurub. 20 yaşlı cüdoçu bürünc mükafat qazanıb. "Böyük Dəbilqə"yə sabah - iyunun 5-də yekun vurulacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X