
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, Məmmədyarov VII turda ağ fiqurlarla Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
Rəcəbov isə "qaralar"la hindistanlı Vişvanatan Ananda qarşı oynayacaq.
Hazırda 8,5 xalı olan Şəhriyar turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Dörd xala malik Teymur doqquzuncu yerdədir. Sıralamaya 12,5 xalla Karlsen başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
VII tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Niderland)
Vişvanatan Anand (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan)
Aryan Tari (Norveç) - Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)
Veselin Topalov (Bolqarıstan) - Van Hao (Çin)