09:00 11.06.2022 669

Loqotip "oğrular"ını tanıyaq - FOTOLAR

Bu ilin fevralında “Mançester Siti” komandanın emblemlərinin oxşarlığına görə Çilinin “Santyaqo Siti” klubu ilə insident yaşayıb. "Şəhərlilər" Çili klubunu ictimaiyyəti çaşdırmaqda ittiham edib. Məsələ burasındadır ki, oxşar loqotiplər yalnız "Mançester Siti"nin də məxsus olduğu "City Football Group"un klublarında ola bilər.

Fanat.Az xəbər verir ki, beynəlxalq futbolda oxşar hadisələr çoxdur. 

Loqotip yaradarkən onun dizaynında plagiata yol verməkdə şübhəli bilinən klubların emblemlərini təqdim edirik: 

"Mançester Siti"dən təkcə "Santyaqo Siti" deyil, Devid Bekhemin təsis etdiyi "İnter Mayami" klubu da faydalanıb.

Fransanın "Şambli" klubu bir neçə il öncəyə qədər "İnter"in loqosunun oxşarı ilə çıxış edirdi:  

"Nyu-York Siti" də ("City Football Group"un üzvü)  “İnter”in simvolundan ilhamlanıb. 

"Bayern Altsenau" (Almaniyada beşinci divizion klubu) emblemini "Bayern Munhen"in loqosuna oxşadıb. Aşağı divizion klubunun azarkeşlərinin fikrincə, onların loqosu 1920-ci illərdə icad edilib. “Bayern”in bu emblemi isə 1960-cı illərdə peyda olub.

 

"Yuventus"un tanınmış köhnə loqotipinin yalnız Turin təmsilçisinə məxsus olduğunu düşünürsünüzsə, deməli, yanılırsınız. "Qalo Marinqa" (Braziliya), "Yuventus İF" (İsveç) və "Yuventus Buxarest" (Rumınya) klubları da eyni dizayna malik emblemdən istifadə edir. 

Boliviyanın Potosi şəhərini təmsil edən iki komanda var. Onlardan biri "Real" adlanır (1988-ci ildə yaradılıb). Potosi təmsilçisinin adının "Real" olması təəccüblü deyil.

Həmin şəhərin digər klubu "Atletiko Nasyonal" isə "River Pleyt"i təqlid edir.

Tacikistanın “Daleron-Uroteppa” klubunun loqosu Avropanın top klublarından birini xatırladır. Bu klubun hələ də mövcud olub-olmadığı barədə dəqiq məlumat yoxdur. 

Növbəti sırada iki Pakistan klubu qərarlaşıb. Şəkilə baxan hər kəs "Qaners Harare"nin yaradıcılarını nədən ilhamlandığını başa düşür.

"Karaçi Yunayted" isə emblemin bir hissəsini "Genk"dən köçürüb.

Sizcə, bu cür plagiatla yalnız klublar məşğuldur? İsrail və İrlandiya komandaları formada şübhəli şəkildə oxşar emblemlərlə meydana çıxırlar.

“Santa Klara”nın (Azov adaları) embleminin “Benfika”nın loqotipindən praktiki olaraq heç bir fərqi yoxdur. 

"Barselona"nın loqosu daha çox klubu ilhamlandırıb. "Sassuolo" (İtaliya) "Konsolat" (Fransa), "Otselul" (Rumıniya)  və "Forest Qrin Rovers" (İngiltərə) Kataloniya təmsilçisinin emblemini "oğurlamaq"da şübhəli bilinir.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Yanvar 2025
23:57

"Ginnesin Rekorlar Kitabı"na düşən futbolçu özünü Ronalduya oxşatdı

23:20

"Yuventus" əzəli rəqibinin futbolçusunu almağa çalışır

22:45

Abdulbari Gözəl vəfat etdi

22:36

Türkiyə Super Liqası: "Beşiktaş" evdə xal itirdi

22:19

Cavid Hüseynov "Sumqayıt" üzərində qələbəni dəyərləndirdi

21:55

"Rəqibdə istək daha çox idi" - Vaqif Cavadov

21:33

Ölkə kubokunda yarımfinalçılar müəyyənləşdi

20:58

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:26

MPL: "Zirə" evdə, "Səbail" səfərdə qələbə qazandı

19:43

“Kəpəz” tacikistanlı futbolçu transfer etdi

19:09

"Oyunçularımın çıxışından razı qaldım" - Rəşad Sadıqov

18:50

Elmar Baxşıyev "Zirə"yə məğlubiyyəti belə şərh etdi

18:12

Alfonso Devis "Real"la "Bayern" arasında seçimini etdi - SON DURUM

17:08

Coşqun oynadı, komandası...

16:37

"Ordu" heyətini gücləndirdi

16:19

Autsayderlərin duelində NTD sevindi

15:39

"Turan Tovuz" braziliyalı müdafiəçi ilə anlaşdı - RƏSMİ

15:10

FCSB-nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

14:43

Azərbaycan klublarının dünya və Avropadakı mövqeləri bilindi - REYTİNQ

14:19

Premyer Liqanın qoleadoru London nəhənginə keçir

13:51

Üzgüçülük Federasiyasının prezidenti dəyişdi

13:22

PSJ-nin prezidenti Kvaratsxeliyanın keçidi barədə nə dedi?

12:56

U-13 Liqasında köhnə toplarla oynanılır? - AFFA münasibət bildirdi

12:29

"Kəpəz" - "Turan Tovuz" oyununun hakimi dəyişdirildi

11:34

ABL: Autsayderlər üz-üzə, “Neftçi”nin “Naxçıvan” sınağı

11:12

"Qızıl top"un sahibi dünyasını dəyişdi

10:49

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:24

Renat oynadı, "Ankaragücü" səfərdə sevindi

09:58

Ozan Canlı HİK-dən çətin qələbə

09:00

"Barselona" dünyada buna nail olan ilk klubdur

02:31

Liqa 1: "Nitsa" və "Monako" eyni hesabla uduzdular

02:05

La Liqa: "Espanyol"dan qələbə

01:52

Kvaratsxeliya PSJ-də -RƏSMİ

01:47

A Seriyası: "Roma" inamlı zəfərə sevindi

01:32

Almaniya Bundesliqası: "Borussiya" Dortmunda xalsız qayıtdı

17 Yanvar 2025
23:55

"Əl-Hilal" Neymarın adını sifariş ərizəsinə salmadı - "O, artıq alışdığımız səviyyədə çıxış edə bilmir"

23:19

MY "Napoli"nin ilk təklifi ilə razılaşmadı - İtalyanlar qiyməti artıracaq

22:58

Belçika millisindən qovulan Tedesku Ukrayna ilə oyunun nəticəsini proqnozlaşdırıb

22:30

2025-ci ilin açılış oyunu məhsuldar alındı - VİDEO

22:03

Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni belə şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X