"Mançester Siti"nin ulduz futbolçuları Kevin De Brüyne, Nathan Ake və İlkay Gündoğan tətilə çıxıblar.
Fanat.Az xəbər verir ki, mövsümü "qızıl het-trik"lə başa vuran klubun üzvləri birgə fotolarını sosial şəbəkə hesablarında paylaşıblar.
"Marca" bu fotonun İlkayın "Mançester Siti" üzvləri ilə vida görüşü olduğunu yazır. Belə ki, almaniyalı yarımmüdafiəçinin artıq "Barselona" ilə anlaşdığı qeyd olunur. Futbolçunun 28 iyun tarixində Kataloniya klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də oynayır. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatır. Gündoğan bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Röya