
Son günlər etdiyi transferlərlə diqqət çəkən "Səbail" klubunda ayrılıq yaşanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Məhəmməd Mirzəbəyovla yollarını ayırıb.
Futbolçu ilə müqavilə müddəti başa çatıb və yeni anlaşma əldə olunmayıb.
Qeyd edək ki, 2021/2022 mövsümündən "Səbail"də çıxış edən Mirzəbəyov 23 oyuna çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.