12:00 05.07.2022 541

Günün transfer xəbərləri: "Çelsi" heyətini dünya ulduzu ilə gücləndirəcək?

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jurnalist Canluka Di Martsiodan xəbərlər: 

"Real Madrid"in futbolçusu Luka Yoviç "Fiorentina"ya keçəcək".

"Milan" "Brügge"nin futbolçusu Şarl de Ketelare üçün 22 milyon avro təklif edib. "Lids" də hadisələrin gedişatını izləyir".

"Milan" Hakim Ziyeşin transferi üzərində işləməyə davam edir. Futbolçunun İtaliya klubuna keçməsi real görünür".

"PSJ və "Sassuolo" Canluka Skamakkanın transferi üçün danışıqlarını davam etdirir".

"Montsa" "Şaxtyor"dan Marlosu almaq istəyir".

"İnter" Dortmund "Borussiya"sının müdafiəçisi Manuel Akancini heyətniə qatmaq istəyir".

“Budyo-Qlimt” və “Krasnodar”ın sabiq hücumçusu Erik Botheym İtaliyaya gəlib. Sabah o, "Salernitana" ilə müqavilə bağlamaq üçün tibbi müayinədən keçəcək".

Kristian Folk, "Bild" nəşrinin jurnalisti: "Mateys de Liqt "Yuventus" rəhbərliyinə "Bayern Münhen"ə keçmək istədiyini söyləyib. Tərəflər mümkün transferi müzakirə edir. Münhen klubu tələb olunan 70 milyon avronu ödəməyə hazır deyil".

"Fotomaç" saytı: "Uzun müddətdir "Fənərbağça"nın heyətinə düşə bilməyən Məsut Özil komandadan ayrılmaq niyyətindədir. Onun agenti MLS komandaları ilə əlaqə saxlayır".

Fabritsio Romano, insayder: "Şalke 04" yaponiyalı mərkəz müdafiəçisi Maya Yoşida ilə müqavilə imzalamaq niyyətindədir. Sabah o, tibbi müayinədən keçmək üçün Almaniyaya yollanacaq".

David Ornşteyn, insayder:  "Çelsi" Kriştianu Ronaldunu transfer etmək niyyətindən əl çəkməyib". 

Baş tutmuş transfer xəbərləri: 

26 yaşlı müdafiəçi Andreas Kristensen azad agent qismində "Barselona"ya keçib. Müqavilənin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Nunu Eşpiritu Santu "Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) yeni baş məşqçisidir. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

İqor Tüdor "Olimpik Marsel"in yeni baş məşqçisidir. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

"Latsio"nun 25 yaşlı sabiq müdafiəçisi Luis Felipe azad qismində "Real Betis"ə keçib. Müqavilənin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

35 yaşlı portuqaliyalı yarımmüdafiəçi Joau Moutinyu "Vulverhempton"la müqaviləsinin müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzadıb.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X