
Bugünlərdə Çexiyanın "Viktoriya Jijkov" klubu ilə yollarını ayıran Fərid Nəbiyev karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, yarımmüdafiəçi “Kəpəz”ə keçmək üzrədir.

Tərəflər artıq böyük ölçüdə razılaşıblar. Müqavilə 1 illik nəzərdə tutulub. Gəncə klubu futbolçunun keçidini sabah elan etməlidir.
Mirağa