
Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Bild" nəşri: "Bayern Münhen" Robert Levandovskinin gedişindən sonra hücum xəttini gücləndirmək istəyir. "Espanyol"un hücumçusu Raul De Tomas Münhen klubunun hədəfinə çevrilib. Futbolçu ötən mövsüm 34 oyuna 17 qol vurub".
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Yuventus" Alvaro Morata ilə bağlı "Atletiko Madrid"lə danışıqlarını davam etdirir. Tərəflər məbləği və transfer detallarını müzakirə edirlər".
"Joze Mourinyu Erik Bayini "Roma"da görmək istəyir. Daha əvvəl futbolçu ilə "Milan" maraqlanmışdı".
"Torino" Qleyson Bremerin yerinə Ceyson Denyeri transfer etməyə yaxındır".
"Kremoneze" "Genk"in hücumçusu Siril Dessersi heyətinə qatmaq istəyir".
"Canluka Skamakka Roma hava limanına gəlib. O, sevgilisi və agenti ilə Londona uçur. Sabah tibbi müayinədən keçib "Vest Hem"lə müqavilə imzalayacaq".
Fabritsio Romano, insayder: "PSJ Fransa millisinin üzvü Nordi Mukiele ilə müqavilə imzalayıb. "Layptsiq"in müdafiəçisi parislilərə 20 milyon avroya başa gəlib".
"Marca" nəşri: "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun "Atletiko Madrid"ə transferi təsdiqlənib".
Baş tutmuş transfer xəbərləri:
32 yaşlı Canluka Lapadula "Benevento"dan "Kalyari"yə keçib.
Müqavilənin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Manor Solomon "Şaxtyor"dan "Fulhem"ə keçib.
Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər icarəyə verilib.
Emin