
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:30-da başlayan görüş "Sabah"ın məğlubiyyəti ilə başa çatıb - 1:2.
Bakılıların yeganə qoluna ikinci hissədə Bəxtiyar Həsənalızadə imza atıb.
Beləliklə, Bolqarıstan toplanışına yekun vuran komanda sabah Bakıya dönəcək.
Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb.
Mirağa