Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
Beləliklə, Azərbaycan millisi gümüş medalla kifayətlənməli olub.