
Oktyabrın 6-12-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatı Azərbaycanda canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, yeddi gün ərzində mundialın bütün mərhələlərinin görüşləri "CBC Sport" kanalı vasitəsilə birbaşa nümayiş etdiriləcək.
Qeyd edək ki, Azərbaycan DÇ-də 11 (9 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Kişilərdən Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.