Azərbaycanın şahmat üzrə kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda bu gün növbəti oyunlarını keçirəcək.
Fanat.Az xəbər verir ki, VI turda "Vüqar Həşimov" İsveçrənin "SG Riehen", "Odlar Yurdu" isə Avstriyanın "Pamhagen" klubu ilə üz-üzə gələcək.
VI tur
Kişilər
"Vüqar Həşimov" (Azərbaycan) - "SG Riehen" (İsveçrə)
Qadınlar
"Pamhagen" (Avstriya) - "Odlar Yurdu" (Azərbaycan)
Qeyd edək ki, 5 turdan sonra "Vüqar Həşimov" komandası 8 xalla 7-ci, Odlar Yurdu" isə 6 xalla 5-ci pillədə qərarlaşıb. Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.