Azərbaycan şahmatçıları İtaliyada təşkil olunan gənclər arasında dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, mundiada ölkəni Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
Beydullayeva və Qədimbəyli yarışa qələbə ilə start veriblər. Muradlı və Hacıyeva isə məğlub olublar.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.