13:24 13.10.2022 188

\"Bürünc medalı yaxşı nəticə sayıram\" - Yığmamızın kapitanı

Naxçıvanda keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında bürünc medal qazanan Azərbaycan-1 komandasının kapitanı Fərid Abbasov yerli federasiyanın mətbuat xidmətinə yarışın nəticəsi barədə fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, F.Abbasov  komandanın çıxışından razı qaldığını söyləyərək ardıcıl iki olimpiadada medal qazanmağı tarixi nəticə adlandırıb:

 “Olimpiadada 23 ölkədən ən güclü yeniyetmələr mübarizə apardı. Bu yarışda İran, Özbəkistan, Hindistan kimi güclü komandalar çıxış edirdi. O cümlədən ölkəmizin əsas komandası və Türkiyə də olimpiadada iddialılar sırasında idi. Bildiyiniz kimi, 2019-cu ildə Türkiyədə keçirilən yarışda tarixdə ilk dəfə Azərbaycan komandası çempionluq sevinci yaşadı. Amma heyət Naxçıvandakı yarışda bütövlüklə dəyişdi. Şahmatçılarımız 16 yaşı adladığına görə heyətə düşmədi. Ona görə yeniyetmələrdən ibarət komanda yenidən formalaşdırıldı. 

Əsas komandamız olimpiadaya uğurlu start götürdü və uzun müddət turnir cədvəlininin yuxarı pillələrində qərarlaşdı. Bürünc medalı yaxşı nəticə hesab edirəm. Azərbaycanın iki dəfə ardıcıl medal qazanması böyük uğurdu. 2019-cu ildə komandamız qızıl medal qazandı. Bu dəfə bürünc medala layiq görüldü. Yeni heyətlə medal qazanacağımıza çoxları inanmırdı. Naxçıvanda əldə olunan nəticə yeniyetmələrdə kifayət qədər yaxşı şahmatçıların olduğunu növbəti dəfə sübut etdi. Komandamız yumruq kimi birləşdi. Hətta ehtiyatda olan şahmatçı da komanda yoldaşlarına kömək etməklə uğurda pay sahibi oldu. Naxçıvanda medal qazanmağımız komanda mübarizəsinin nəticəsidir. 
Naxçıvandan öncə  şahmatçılarımız Moskvada “Botvinnik Memorialı”nda iştirak edərək ikinci yeri tutub. Heyətdə Fərid Orucov, Nərmin Abdinova kimi perspektivli uşaqlar var idi. Nərmin Abdinova Rumıniyada 14 yaşlıların dünya çempionatında beşinci oldu. Naxçıvanda isə 8 oyundan 7 xal toplamaqla öz lövhəsində ən yüksək nəticə ilə qızıl medal əldə etdi. 

Qeyd etmək istərdim ki, Azərbaycan Şahmat Federasiyasının Gənclər və Yeniyetmələr üzrə komissiyası hazırlıqla bağlı təsdiqlənən proqramın reallaşması üçün lazımi köməkliyi göstərib. Hazırlıq prosesinə Rauf Məmmədov və Nicat Məmmədov kimi güclü şahmatçılar da cəlb olunub”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

18:25

MPL: "Qəbələ"yə uduzan "Sabah" azlıqda qaldı - YENİLƏNİR

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

Facebookdan bizi izləməyi unutmayın.
X