Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli və Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında liderlər qrupunda yer alıblar.
Fanat.Az xəbər verir ki, üç turdan sonra hər iki şahmatçı 100 faizlik göstəriciyə malikdir.
Digər təmsilçilərimiz Məhəmməd Muradlı və Ləman Hacıyeva isə hərəyə cəmi 1 xal toplayıb və müvafiq olaraq, 87 və 55-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.