"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün daha dörd turun görüşləri keçiriləcək. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov günün ilk görüşündə qara fiqurlarla hindistanlı Arcun Eriqaysi ilə qsrşılaşacaq.
37 yaşlı qrossmeysterimiz ardınca, müvafiq olaraq, Vidit Santoş Qucrati, Dommaracu Qukeş və Pentala Harikrişna (hamısı Hindistan) ilə münasibətləri aydınlaşdıracaq.
Hazırda xalı olan Məmmədyarov özbək Nodir Abdusattorovdan (17 xal) geri qalaraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Ümumi mükafat fondu 150 min dollar olan turnirin ilk dörd günündə iştirakçılar dairəvi sistemlə oynacaq. Bundan sonra ilk səkkiz yeri tutacaq şahmatçı pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, "Aimchess Rapid" adlanan turnir oktyabrın 21-dək davam edəcək.