Stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Zəfər Gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayacaqlar.
28-29 oktyabr tarixlərində Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunacaq yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar arasında keçiriləcək.
Turnirin qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.