
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan 23 yaşadək cüdoçular arasında Avropa çempionatında bu gün qarışıq komanda yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə təsnifatdan başlayacaq. Burada rəqib Ukrayna seçməsi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Görüşün qalibi 1/4 finalda Gürcüstan cüdoçuları ilə qarşılaşacaq.
Yarışda ümumilikdə 10 komanda mübarizə aparacaq.
Qeyd edək ki, qitə birinciliyinə 14 nəfərlik heyətlə yollanan Azərbaycan millisi fərdi yarışı 1 qızıl, 2 gümüş medalla başa vurub.