Bu gün Azərbaycan Basketbol Liqasında 4-cü tura start veriləcək.
Fanat.Az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzinin idman zalında ilk olaraq lider NTD "AAAF Xırdalan"la münasibətlərinə aydınlıq gətirəcək.
Ardınca isə meydan "Neftçi" və "Olimpik"in (Şəki) ixtiyarına veriləcək.
Turun digər iki matçı isə noyabrın 5-də oynanılacaq.
2 noyabr
18:30 NTD – AAAF Xırdalan
21:00 "Neftçi" - "Olimpik" (Şəki)
Xal durumu: NTD, "Gəncə" - 6, "Sabah" "Neftçi" - 5, "Sərhədçi", "AAAF Xırdalan" - 4, "Zirvə", "Olimpik" - 3.