Basketbol üzrə Azərbaycan Liqasında VI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha iki qarşılaşma keçiriləcək. Əvvəlcə NTD “Gəncə” ilə qarşılaşacaq. Ardınca isə “Zirvə" "Neftçi” ilə münasibətləri aydınlaşdıracaq.
Bütün qarşılaşmalar “Sərhədçi” İdman Mərkəzində keçirilir.
17:30 NTD - "Gəncə"
20:00 "Zirvə" (Astara) - "Neftçi"
Turun daha bir oyunu sabah baş tutacaq. Həmin görüşdə AAAF Xırdalan "Olimpiya"nı (Şəki) sınağa çəkəcək.
Qeyd edək ki, noyabrın 17-də keçirilən turun ilk oyununda “Sərhədçi" "Sabah"ı 91:84 hesabıyla yenib.