Azərbaycan Basketbol Liqasında 6-cı turun daha iki oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk görüşü çempionatın liderlərindən olan NTD və "Gəncə" komandaları arasında keçirilib. Gərgin keçən oyundan Gəncə basketbolçuları 89:86 hesablı qələbə ilə ayrılıblar.
Matçın məhsuldarları NTD-dən Londel King - (24 xal, 12 ribaund ), "Gəncə"-dən Kollin Törner (25 xal, 10 ribaund) olublar.
Günün ikinci oyununda region təmsilçisi "Zirvə Astara" "Neftçi" ilə qarşılaşıb. Bu oyunda astaralılar rəqibi üzərində 85:78 hesabı ilə qalib gələrək çempionatda ilk qələbələrini qazanıblar.
Ən məhsuldar basketbolçular Zirvə Astara"dan Rashard Kruikşenk (28 xal, 5 asist ), "Neftçi"-dənb Rey Maksvel (27 xal, 6 ribaund) olublar.
Qeyd edək ki, turun bağlanış oyunu sabah "AAAF Xırdalan" və "Olimpik Şəki" komandaları arasında keçiriləcək.