İspaniyalı tennisçi Rafael Nadal DÇ-2022-də qrup mərhələsinin I turunda Argentina millisinin Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə yenilməsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Sportskeeda" tanınmış idmançının sözlərini belə çatdırıb:
"Hələ də Argentinanın çempionluğa iddialı olduğunu hesab edirəm. Favoritlər Argentina, İspaniya, Fransa, Portuqaliya və Almaniyadır. Mən isə sözsüz ki, İspaniya üçün həyəcanlanıram".
Qeyd edək ki, İspaniya millisi DÇ-2022-da Almaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq. Onlar ilk matçlarını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcəklər.
Röya