"Sərhədçi" İdman Mərkəzinin idman zalında "AAAF Xırdalan" və "Zirvə Astara" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turu start götürüb.
Fanat.Az xəbər verir ki, turun açılış oyununda "AAAF Xırdalan" basketbolçuları rəqibini 98:94 hesabı ilə yenərək çempionatda 4-cü qələbəsini qazanıblar.
Oyunun ən məhsuldarları "AAAF Xırdalan"dan Devin Pullum (26 xal, 3 ribaund ), "Zirvə Astara"dan Rasshard Kruikşenk (23 xal, 7 ribaund ) olublar.
Qeyd edək ki, turun növbəti oyunları ("Gəncə" - "Sərhədçi", "Neftçi" - "NTD", "Sabah" - "Olimpik Şəki) 26 və 27 noyabr tarixlərində keçiriləcək.