Bu gün Azərbaycan Basketbol Liqasında VII turun daha iki oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, əvvəlcə “Gəncə” “Sərhədçi” ilə, daha sonra isə “Neftçi” NTD ilə qarşılaşacaq.
Oyunlar “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
ABL
VII tur
17:30 "Gəncə" - "Sərhədçi"
20:00 "Neftçi" - NTD
Turun son oyunu sabah Şəkidə baş tutacaq.
15:00 "Olimpik Şəki" – "Sabah"
Qeyd edək ki, noyabrın 24-də baş tutan turun açılış oyununda "AAAF Xırdalan" - "Zirvə Astara"nı yenib - 98:94. Hazırda hərəyə 11 xalı olan "Gəncə" və "AAAF Xırdalan", müvafiq olaraq, 1 və 2-ci pillələrdə yer alıblar. "Sabah" və NTD 10, "Sərhədçi" 9, "Olimpik Şəki", "Neftçi" və "Zirvə Astara" 8 xal toplayıblar.