Bu gün Azərbaycan Basketbol Liqasında 7-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son görüşündə "Olimpik Şəki" "Sabah"la üz-üzə gələcək.
Şəki Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 15:00-da başlayacaq.
Hazırda Şəki basketbolçuları 8 xalla yeddinci, iki xal çox toplayan "Sabah" kollektivi 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "AAAF Xırdalan" "Zirvə Astara"nı 98:94, "Gəncə" "Sərhədçi"ni 90:76, NTD "Neftçi"ni 88:75 hesabıyla məğlub edib. Hazırda "Gəncə" 13 xalla birinci, bir xal geri qalan NTD ikinci pillədə yer alır.